Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbə Niyazi Səlimbəyli “Qarabağ” filminin çəkilişlərini başa çatdırıb.
Lent.az-ın məlumatına görə, film adı çəkilən universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib.
18 dəqiqəlik filmin çəkilməsində əsas məqsəd gənclərin gözü ilə Qarabağ həqiqətlərini izləyicilərə çatdırmaq və Türkiyədə təbliğ etməkdir.
Filmdə baş rolları Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk oynayırlar. Ekran əsərində Ukrayna (Krım), İraq (Kərkük), Kipr (Lefkoşa), Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da iştirak ediblər.
Film yaxın günlərdə youtube.com-da yerləşdiriləcək, izləmək üçün bu linkə daxil ola bilərsiniz:
https://docs.google.com/file/d/0B6e2nbVN6uRpUFZaRmkyc3o0QjA/edit