Azərbaycan XXI Beynəlxalq Kitab Festivalında təmsil olunacaq
21 aprel 2014 21:48 (UTC +04:00)

Azərbaycan XXI Beynəlxalq Kitab Festivalında təmsil olunacaq

Aprelin 24-27-də Macarıstan paytaxtı Budapeşt şəhərində XXI Beynəlxalq Kitab Festivalı keçiriləcək.

 

APA-nın məlumatına görə, stendimizdə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr edilən nəfis tərtibatlı çap məhsulları təqdim olunacaq.

 

Beynəlxalq kitab sərgisində ölkəmizin zəngin mədəniyyətinin, kitab sənətinin, habelə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa oyunlarının təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və mətbuat katibi İntiqam Hümbətov Budapeştə səfər edəcəklər.

 

# 487
avatar

Oxşar yazılar