Dilan Polatın güllələnən mühafizəçisi barədə əri NƏLƏR DANIŞDI
12 iyun 2026 13:36 (UTC +04:00)

Dilan Polatın güllələnən mühafizəçisi barədə əri NƏLƏR DANIŞDI

0

Türkiyəli sosial media fenomeni Dilan Polatın həyat yoldaşı Engin Polat həyatını itirən əmisi oğlu Can Polatla bağlı danışıb. 

Lent. az Türkiyə mətbuatına istinadla xəbər verir ki, E.Polat sosial şəbəkə hesabında duyğusal paylaşım edib. 

O, Can Polatla olan şəklini paylaşaraq belə yazıb:

"Sən mənim uşaqlığımsan, sən mənim qardaşdan da yaxın insanımsan, sən mənim yeganə dostum, sirdaşım idin. Əlbəttə, bir gün yenidən görüşəcəyik. O vaxta qədər gözün arxada qalmasın. Allah mənə nəfəs verdiyi müddətdə övladların mənim övladlarımdır. Artıq 6 övladım var. Əmanətin etibarlı əllərdədir. Rahat yat, can qardaşım".

Qeyd edək ki, Can Polat həm də Dilan Polatın mühafizəçisi idi. O, İzmirin Çeşmə rayonunun Alaçatı bölgəsində baş verən silahlı hücumda sosial nəticəsində həyatını itirib. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 4 şübhəlinin həbs olunduğu bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar