Azərbaycan mədəniyyətinin nümunələri ABŞ-da Səfirlik Sərgisində
16 dekabr 2015 03:40 (UTC +04:00)

Azərbaycan mədəniyyətinin nümunələri ABŞ-da Səfirlik Sərgisində

ABŞ-da keçirilən “Winternational” 4-cü İllik Səfirlik Sərgisində Azərbaycan mədəniyyətinin nümunələri sərgilənib

 

Dekabrın 9-da ABŞ-da yerləşən Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində (Ronald Reagan building and International Trade Center) “Winternational” adlı 4-cü İllik Səfirlik Sərgisi keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən xəbərə görə,  sözügedən mərkəzin nəzdində fəaliyyət göstərən Ticarət Mərkəzləri Assosiasiyası (Trade Center Management Associates (TCMA)) tərəfindən maliyyələşdirilən tədbirdə əsasən Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun yüksək vəzifəli nümayəndələri, ABŞ KİV-lərinin nümayəndələri, sadə ABŞ vətəndaşları və eləcə də Azərbaycan icmasının təmsilçiləri də daxil olmaqla, təxminən 2500-3000 nəfər iştirak edib.

 

Vaşinqtonda akkreditə olunmuş 35-dən çox səfirliyin nümayiş etdirdiyi rəngarəng mədəniyyət nümunələri və müxtəlif milli adət-ənənələri təcəssüm etdirən əşyalar tədbirə beynəlxalq bazar atmosferi qazandırıb. Yarmarkada ölkəmiz üçün ayrılmış stendin tərtibatında Azərbaycanın qədim tarixi abidələri, müasir infrastrukturu və turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub və milli mətbəximizin nümunələri, xalçalar, milli suvenirlər, Azərbaycan haqqında buklet və kitablar nümayiş etdirilib. Qeyd edək ki, Azərbaycan stendi ən çox ziyarət edilən stendlərdən biri olub.

 

Tədbirdə açılış hissəsində çıxış etmiş Ticarət Mərkəzləri Assosiasiyasının prezidenti Con P. Dryu (John P. Drew) tədbirin keçirilməsinin əsas məqsədinin tədbir vasitəsilə dünya ölkələrinin mədəniyyət və adət-ənənələri ilə Vaşinqton cəmiyyətini məlumatlandırmaq olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar