Azərbaycan 21-ci Beynəlxalq Kitab Festivalında təmsil olunacaq
21 aprel 2014 12:47 (UTC +04:00)

Azərbaycan 21-ci Beynəlxalq Kitab Festivalında təmsil olunacaq

Aprelin 24-dən 27-dək Macarıstanın paytaxtında 21-ci Beynəlxalq Kitab Festivalda Azərbaycan da iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, sərgidə ölkəmizin  mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin, eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək I Avropa oyunlarının təbliğ olunması məqsədilə Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və mətbuat katibi İntiqam Hümbətov aprelin 23-dən 28-dək Budapeştdə səfərdə olacaqlar.

 

Stendimizdə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr edilən nəfis tərtibatlı çap məhsulları ziyarətçilərdə təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar