Anara Çingiz Aytmatov mükafatı verildi
11 oktyabr 2014 19:09 (UTC +04:00)

Anara Çingiz Aytmatov mükafatı verildi

0

MDB Parlamentlərarası Assambleyasının (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyasının Bakıda keçirilən səyyar iclasında Xalq yazıçısı Anar MDB PA-nın Çingiz Aytmatov adına mükafatına layiq görülüb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Qırğızıstan nümayəndə heyətinin irəli sürdüyü təşəbbüs komissiyanın bütün üzvləri tərəfindən dəstəklənib.

 

MDB məkanının 7 ölkəsinin deputatlarının təmsil olunduğu komissiyanın üzvləri iclas başa çatandan sonra Azərbaycan Yazıçılar Birliyinə gedərək Anarla görüşüblər.

 

Anar qonaqlara Azərbaycanda mədəniyyət sahəsində vəziyyət, böyük qırğız yazıçısı Çingiz Aytmatov ilə dostluq əlaqələri barədə ətraflı söz açıb.
 

Çingiz Aytmatov adına mükafat yazıçıya bu ilin noyabrında MDB PA-nın üzvü olan ölkələrin Parlament Başçıları Şurasında təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 767

Oxşar yazılar