“Elçin Hüseynbəyli istefa ilə bağlı ərizə yazdı ki, bəs roman üzərində işləyirəm. Vaxta ehtiyacım var. Biz də onun istefasını qəbul etdik. Elçin Hüseynbəylinin istefası ilə bağlı artıq heç nə deyə bilməyəcəyəm. Hələlik, baş redaktor müavini Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor əvəzi təyin edilib”. Bu sözləri Lent.az-a açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
“Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli öz istəyi ilə tutduğu vəzifədən azad edilib. Elçin Hüseynbəyli istefasını qəzetdə işlərin çoxluğu və yaradıcılıq işlərinə vaxtının az qalması ilə əlaqələndirib.
Qeyd edək ki, Elçin Hüseynbəyli AYB-nin son qurultayından sonra bu vəzifəyə təyin olunmuşdu. Həmin vaxtadək isə “Ulduz” jurnalına rəhbərlik edirdi. Onun istefasından sonra uzun illər qəzetdə baş redaktor müavini vəzifəsində çalışmış Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor əvəzi təyin edilib. O, oktyabr ayının 1-dən etibarən bu vəzifəni icra edəcək.