Alim Qasımov və qızı Polşada konsert verib
01 iyul 2013 13:49 (UTC +04:00)

Alim Qasımov və qızı Polşada konsert verib

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Polşada konsert verib. Bu barədə APA-ya Alim Qasımov özü məlumat verib. İyunun 29-da səhnəyə çıxan muğam ifaçıları, “Voo Voo” qrupunun “Bezsennosc” mahnısı ilə Azərbaycanın “Leyla” və “Məni atdın, ay qız, atəşə” xalq mahnılarını sintez şəklində ifa edib: “Bu qrup rok qrupudur. Onlarla birgə bu mahnıları ifa etdiyimiz stadionda 20 minə yaxın tamaşaçı var idi. Azərbaycanın xalq musiqiləri xarici tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılandı”.

 

A.Qasımov konsertin “Dünya Avropa Mədəniyyətləri stadionu” adlanan festival çərçivəsində keçirildiyini vurğulayıb.

 

Konsertdə xanəndələri polşalı qrupla birgə Zəki Vəliyev, Rauf İslamov müşayiət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Oxşar yazılar