Alaksandr Rıbak Bakıda konsert verəcək
15 aprel 2014 15:48 (UTC +04:00)

Alaksandr Rıbak Bakıda konsert verəcək

Norveçli müğənni və skripkaçı, “Eurovision” Mahnı Müsabiqəsi 2009-un qalibi Aleksandr Rıbak (Alexander Rybak) mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək.


 

Mərkəzdən APA-ya verilən məlumata görə, A. Rıbak Bakı izləyiciləri qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq. 

 

A. Rıbak layihə ilə əlaqədar Bakıya konsert tarixindən 3 gün əvvəl gələcək, səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcək.

 

O, Respublika İncəsənət Gimnaziyasının  şagirdlərindən ibarət  orkestr ilə çıxış edəcək. Konsert  3 hissədən ibarət olacaq. Birinci  hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və A. Rıbak bölüşəcək. Üçüncü  hissədə isə A. Rıbak solo konsertlə çıxış edəcək.  Tamaşaçılara A. Rıbakın  repertuarından hitlər və digər mahnılar təqdim olunacaq.  

 

Xatırladaq ki, Aleksandr Rıbak 2009-cu ildə “Farytale” mahnısı ilə “Eurovision” Mahnı Müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Oxşar yazılar