Noyabrın 1-də Yarat Studios Rəsm Emalatxanalarının açılış mərasimi keçirilib. Lent.az-ın buro247.az-a istinadən məlumatına görə, bura Azərbaycan rəssamı üçün işləmək, istirahət etmək və fikir mübadiləsi aparmaq məkanıdır.
YARAT Emalatxanaları yeni tikilmiş dörd mərtəbəli binada yerləşir. Müxtəlif mərtəbələrdə Aida Mahmudova, Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Əhməd, Ramal Kazımov, Vüsal Rahim, Fərhad Fərzəliyev, Nəzrin Məmmədova, Reza Hazari, Rəşad Ələkbərov və Niyazi Nəcəfov yaradıcılıqla məşğul olur. Binada Bakıya gələn xarici rəssamlar üçün yaşamaq və işləmək üçün şərait yaradılıb. YARAT Studios ilk qonaqlarını 2015-ci ilin əvvəlində qəbul etməyi planlaşdırır.
Möhtəşəm açılış mərasimindən fotoreportajı sizə təqdim edirik.