Ağır xəstəliyə düçar olmuş aktrisaya <span style="color:red;">nazirlikdən zəng
27 avqust 2014 11:55 (UTC +04:00)

Ağır xəstəliyə düçar olmuş aktrisaya nazirlikdən zəng

“Mən heç kimə müraciət etməyəcəm ki, kömək edin. Çünki hansı vəziyyətdə olduğumu bilməyən adam yoxdur. Lazım olsa, yardım edərlər”. Bu sözləri Lent.az-a ağır xəstəlikdən əziyyət çəkən əməkdar artist, Musiqili Teatrının aktrisası Gülnar Salmanova deyib. O, bildirib ki, səhhəti hələ stabildir: “Müalicələni davam etdirirəm. Həftədə iki dəfə Fuad Əfəndiyev adına 4 saylı şəhər klinikasında müayinə olunuram. Həkimim Rüstəm Verdiyev və Nigar xanımın nəzarətindəyəm. Yaxşı olacağım barədə nəsə deyə bilmərəm. Ümid edirəm ki, Allahın köməkliyi ilə yaxşı olaram".

 

Əməkdar artist da əlavə edib ki, səhhəti ilə əlaqədar ona Səhiyyə Nazirliyindən zəng ediblər: “Çox sağ olsunlar, zəng elədilər, mənlə maraqlandılar. Dövlət Musiqili Teatrında fəaliyyət göstərən həmkarlarım digər yerlərə də müraciət ediblər. Hələ də gözləyirəm. Görək kömək edən olacaqmı?!”.  

 

Qeyd edək ki, G.Salmanova 2006-ci ildən şəkər xəstəliyindən əziyyət çəkir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3599
avatar

Yalçın UĞUR

Oxşar yazılar