ADU-nun müəllimi Fransaya səyahət qazanıb
01 aprel 2013 09:10 (UTC +04:00)

ADU-nun müəllimi Fransaya səyahət qazanıb

 

Azərbaycanda Frankofoniya həftəsi başa çatdı. Lent.az-ın xəbərinə görə, tədbirlər Tibb Universitetində keçirilən təntənəli mərasimlə yekunlaşdı. Əvvəlcə tələbələr arasında imla müsabiqəsi keçirildi. Film nümayişinin ardından Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qalibləri elan etdi. ADU-nun müəllimi Xədicə Eyyubova tərcümə müsabiqəsində qalib gələrək Fransaya səyahət qazandı. Eyni universitetin Tərcümə fakültəsinin 4-cü kurs tələbəsi Lalə Abbaslı isə imla müsabiqəsində qalib gələrək Fransada yay kursu qazana bildi. Digər qaliblər isə Fransızca-azərbaycanca lüğət və Azərbaycandakı Fransa İnstitutunda pulsuz dil kursu əldə etdilər. Tədbir ziyafətlə davam etdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1235
avatar

Oxşar yazılar