Xalq artisti, aktyor Ramiz Əzizbəyli xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya açıqlama verən R. Əzizbəyli on günlük müalicə kursundan sonra özünü yaxşı hiss etdiyini deyib: “Şükür Allaha ki, indi yaxşıyam. Vəziyyətim qənaətbəxşdir. Müalicəmə artıq evdə davam edəcəyəm. İnşallah tezliklə ayağa qalxıb, işimin başına qayıtmaq istəyirəm”.
Qeyd edək ki, ikinci dəfə iflic keçirən aktyor Kliniki Tibbi Mərkəzdə müalicə olunurdu.