Prezidentdən Cahangir Zeynalovla bağlı sərəncam
14 oktyabr 2015 18:49 (UTC +04:00)

Prezidentdən Cahangir Zeynalovla bağlı sərəncam

0

Prezident İlham Əliyev Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə görkəmli teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb .

Qeyd edək ki, bu il Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun anadan olmasının 150 illiyi tamam olur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar