
"Naməlum Qadının məktubu" var - Yeni tamaşa
“Zirzəmi teatrı” üslubunda olan ŞAH MAT Teatrının səhnəsində dünya şöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanan "Naməlum Qadının məktubu" tamaşası təqdim olunacaq.
Tamaşa sentyabrın 12-i saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"-da nümayiş olunacaq.
İstedadlı gənc aktrisa Günel İmanovanın rol aldığı səhnə əsəri rejissor Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunacaq.
Teatrın Mətbuat katibi Turan Etibaroğlu bildirib ki, tamaşaçılara təqdim olunan nümunə "Qara qutu" üslubunda və minimalizm yanaşması ilə hazırlanıb. Səhnə əsəri məşhur belletrist R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.
Gənc sənətçilər MirQabil Ələkbərov və Günel İmanovanın birgə səhnə fəaliyyəti nəticəsində hazırlanmış tamaşaya biletləri 3 AZN əldə etmək mümkündür.
Oxşar yazılar

Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52