"Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edildi
18 oktyabr 2015 10:09 (UTC +04:00)

"Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edildi

0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az-ın məlumatına görə, Əsasnamənin 8.25-1-ci bəndində “turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilib.

 

Qeyd edək ki, dəyişiklik Əsasnamənin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar