<b>İsrafil İsrafilov mətbuat konfransına niyə gəlmədi? </b>
11 sentyabr 2015 15:28 (UTC +04:00)

İsrafil İsrafilov mətbuat konfransına niyə gəlmədi?

Akademik Milli Dram Teatrında 143-cü mövsümün açılışı ilə bağlı mətbuat konfransı keçirilir. Lent.az-ın məlumatına görə, konfransda jurnalistlər qarşısına teatra yenicə baş rejissor və bədii rəhbər təyin olunmuş Azər Paşa Nemətov keçib.

 

Son vaxtlar teatrda baş verənlərlə bağlı bir çox sualları cavabsız qoyan teatrın direktoru İsrafil İsrafilov isə gözlənildiyi kimi, jurnalistlərlə görüşə qatılmayıb. Bunun səbəbini baş rejissor belə izah edib: “Birincisi, bu, mənim mətbuat konfransımdır. Teatrın bədii rəhbəri teatr haqqında danışmalıdır, başqa adamlar yox. Hərə öz yaradıcılığı haqqında danışa bilər. Direktorun buraya dəxli yoxdur. Mən sizi, siz məni yaxşı tanıyırsınız. Uzun illərdir Teatr Xadimləri İttifaqının sədriyəm. Orda xeyli işlər görülüb.  Teatrda yaranan gərginliyi aradan qaldırmaq üçün ilk növbədə bu addımı atdım. 70 nəfərlik truppa ilə görüşdüm. Bir-bir hər aktyoru dinlədim”.

 

Repertuardan tamaşaların çıxarılmasına gəlincə isə, baş rejissor bunu deyib: “Bəlkə kiminsə qaşı-gözü xoşuna gəlmir. Mən keçmişə qayıtmağı sevmirəm. O vaxt burada olmamışam, ona görə də deyə bilmərəm nə üçün bir çox tamaşalar repertuardan çıxarılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347

Oxşar yazılar

Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına  hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

25 iyul 2025 , 20:15