«Səlim Rəfiq Rəfioğlu» kitabı işıq üzü gördü
27 dekabr 2013 23:08 (UTC +04:00)

«Səlim Rəfiq Rəfioğlu» kitabı işıq üzü gördü

0

“Elm və təhsil” nəşriyyatında AMEA Əlyazmalar İnstitutunun türkiyəli araşdırıcısı Ömər Özcanın «Səlim Rəfiq Rəfioğlu» adlı kitabı işıq üzü görüb.

 

İnstitutdan APA-ya verilən məlumata görə, tədqiqat əsəri Gəncənin məşhur Rəfiyevlər ailəsinə mənsub görkəmli pedaqoq və ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlunun (1905-1980) həyat və yaradıcılığına həsr edilib.

 

Kitab Türkiyə arxiv sənədlərinə və zəngin elmi qaynaqlara istinad edən ilk tədqiqatdır. Yeni nəşri Azərbaycan dilinə uyğunlaşdıran və elmi redaktor professor Ədalət Tahirzadədir.

 

Müəlliflə yanaşı, filologiya elmləri doktoru Paşa Kərimov və Ədalət Tahirzadə də kitaba ön söz yazıblar. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 792

Oxşar yazılar