«Folklor paytaxtı»nda ilin son tədbiri keçirilib
15 dekabr 2012 22:51 (UTC +04:00)

«Folklor paytaxtı»nda ilin son tədbiri keçirilib

 

 Respublikanın mədəniyyət naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Azərbaycanın «Folklor Paytaxtı» elan edilmiş Masallı şəhərində dekabrın 15-də ilin yekun tədbiri keçirilib.

APA-nın Cənub bürosunun məlumatına görə,  Rayon Gənclər Mərkəzində yerli icra strukturları rəhbərlərinin, Mədəniyyət Nazirliyi nümayəndələrinin, KİV əməkdaşlarının iştirakı ilə keçən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini, Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlı açaraq, folklor ili çərçivəsində Masallıda “Azərbaycan folkloru mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik  konfransın və Beynəlxalq folklor  festivalının keçirildiyini, toplanmış folklor nümunələrinin kitab halında nəşr olunduğunu,  məşhur “Halay”  folklor kollektivinin fəaliyyəti haqqında sənədli ekran əsərinin lentə alındığını, rayonun ayrı-ayrı kənd və qəsəbələrində çoxlu sayda yeni folklor kollektiv və ifaçıların meydana çıxdığını bildirib. Bu tədbirlərdə rayonun  118 bədii özfəaliyyət kollektivi,  onların 2800 üzvü öz bacarığını nümayiş etdirib.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət və siyasət şöbəsinin müdiri Fikrət Babayev isə çıxışında folklor ili çərçivəsində Masallıda keçirilən Beynəlxalq folklor festivalının böyük əks-səda doğurduğunu, indiyədək   iştirakçıların yüksək qonaqpərvərliklə qarşılanması barədə  nazirliyə və rayon rəhbərliyinə təşəkkür məktublarının gəldiyini diqqətə çatdırıb.

Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov da çıxışında Masallı rayonunun zəngin folklora məxsus bölgələrdən olduğunu xüsusi qeyd edib. Millət vəkili Fəzail İbrahimli isə folkloru xalqın mənəvi dəyərinin zənginliyi ilə əlaqələndirərək, Masallı sakinlərinin bu sahədə qazandığı uğurları təqdirəlayiq hesab edib.

Daha sonra Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov folklor ilində fərqlənən kollektivlərə və ayrı-ayrı ifaçılara  diplomlar, Fəxri fərmanlar və mükafatlar təqdim edib.

Folklor ilinin yekun tədbiri incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51