Dünya rəssamlarının əsərləri Bakı metrosunda
15 oktyabr 2015 16:19 (UTC +04:00)

Dünya rəssamlarının əsərləri Bakı metrosunda

Bu gün «Nərimanov» stansiyasının keçidlərində «Bakı Metropoliteni» QSC-nin «AtraBank»ASC ilə birlikdə təşkil etdiyi «Dünya rəssamları» sərgisi açılıb.

«Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, sərgidə dünyanın ən məşhur rəssamlarının 85 rəsm əsərinin reproduksiyası nümayiş etdirilib.  Onlardan 15-i avtoportretdir. Ümumiyyətlə, 70 əsər nadir dünya sənət incisi hesab edilir. Stendlərin yerləşdirildiyi guşələrdə əsərlər və müəllifləri haqqında üç dildə (Azərbaycan, ingilis və rus) məlumat yerləşdirilib.

«Dünya rəssamları» sərgisinin keçirilməsində əsas məqsəd metro sərnişinlərini, eləcə də şəhərimizin sakinlərini və qonaqlarının diqqətini dünyanın təsviri sənət dahilərinin əsərlərinə bir daha yönəltməklə, cəmiyyətdə maarifləndirmə işini gücləndirmək, gənc nəsillərin, xüsusən azyaşlı uşaqları maraq dünyasının formalaşdırılmasına təsir göstərmək və ümumən, insanlara xoş ovqat bəxş etməkdir. 

Təqdimat mərasimində «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, «Dünya rəssamları» sərgisi 2016-cı il aprelin 15-nə kimi davam edəcək. Bu, «Bakı Metropoliteni»QSC-nin «MetroGallery» layihəsi çərçivəsində həyata keçirdiyi üçüncü belə sosial aksiyadır. Bundan əvvəl elə bu stansiyanın keçidlərində talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdu. «Gənclik» stansiyasında isə foto əsərlərdən ibarət sərgi hazırda davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28