“Nənələr” birinci Avropa Oyunlarının açılışına mahnı bəstələyib
11 iyun 2015 20:29 (UTC +04:00)

“Nənələr” birinci Avropa Oyunlarının açılışına mahnı bəstələyib

Cənub bölgəsinin sevilən və milli folklorumuzu yaşadan "Nənələr" ansamblı birinci Avropa Oyunlarının açılışına “Yaşa Azərbaycan” adlı mahnı həsr edib.

 

AZƏRTAC xəbər verir ki, "Bakı-2015" birinci Avropa Oyunlarının ölkəmizdə baş tutmasından böyük fərəh və sevinc hissi keçirən nənələr, öz təəssüratlarını milli ifaları ilə bölüşüblər.

 

Qeyd edək ki, 1970-ci ildə Lənkəran rayonunun Separadi kəndində altı bacı tərəfindən yaradılan bu qrupun repertuarında 100-ə qədər bayatı və mahnı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275

Oxşar yazılar