“Milli mətbəx mədəniyyəti haqqında” qanun hazırlanır
07 fevral 2014 14:39 (UTC +04:00)

“Milli mətbəx mədəniyyəti haqqında” qanun hazırlanır

Azərbaycanda Şərq ölkələrində ilk dəfə olaraq milli mətbəx mədəniyyəti ilə bağlı qanun layihəsi hazırlanır.


 

APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Nizami Cəfərov bildirib ki, bu, “Milli mətbəx mədəniyyəti haqqında” qanun layihəsidir.

 

O qeyd edib ki, yeni qanun Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan milli mətbəx mədəniyyətinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi ilə əlaqədar münasibətləri tənzimləyəcək.

 

Eyni zamanda baş verən plagiat hallarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün hüquqi baza olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar