“İnam” təqdim olundu
04 fevral 2013 12:20 (UTC +04:00)

“İnam” təqdim olundu

Gənc rejissor Elçin Elxanlı “İnam” filmini təqdim edib. Lent.az-ın məlumatına görə, filmin təqdimatında xalq artistləri, mədəniyyət və incəsənət xadimləri, filmin çəkiliş qrupu, tələbələr, gənclər iştirak edib. Təqdimatdan öncə çıxış edən Elçin Elxanlı bildirib ki, bu, tələbə filmidir və filmi  mərhum müəllimi əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət İnstitutunun “Televiziya rejissoru" kafedrasının müdiri Tariel Vəliyevin xatirəsinə həsr edib. Filmdə xalq artistləri Zemfira Nərimanova, Firəngiz Mütəllimova, əməkdar artist Səidə Quliyeva, aktrisa Vəfa Zeynalova, və digərləri çəkilib.

 

“İnam” sosial şəbəkədə tanışlıq, həyata inam, xoşbəxt olmaq üçün saf sevginin təcəssümü və digər məqamlardan bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elçin Elxanlı, quruluşçu operator Mehdi Yaqubov, montajçı Cavid Hacıyevdur. Filmin bəstəkarı Azər Hacıəsgərli, prodüseri Elçin Elxanlıdır. Filmdə səslənən mahnıları Elnarə Xəlilova ifa edib.

Təqdimatdan sonra çıxış edən Zemfira Nərimanova bildirib ki, o, gənc rejissorun işini çox bəyənib: “O, tək bir kamera ilə bu cür böyük işin öhdəsindən gəldi.  Mən bu filmə rəhmətlik Tariel Vəliyevin vəsiyyəti əsasında çəkildim. O, ölməzdən əvvəl mənə dedi ki. Elxanın filmində çəkilim. Bu gün çox şadam ki, nə yaxşı bu filmdə çəkildim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1463

Oxşar yazılar