“İftardan öncə” və “Həzrəti Yusif” serialı başlayır-APA TV
11 iyul 2013 19:30 (UTC +04:00)

“İftardan öncə” və “Həzrəti Yusif” serialı başlayır-APA TV

Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar APA TV yeni layihəyə başlayıb. Bu gündən etibarən Ramazan ayı boyunca hər gün saat 21.00-da “İftardan öncə” proqramında tanınmış dindarlarla söhbətlər olacaq.

 

 

Verilişin bugünkü qonağı “Məşədi Dadaş” məscidinin imam camaatı, “Mənəvi dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənli olacaq.

 

APA TV həmçinin Müqəddəs Ramazan günlərində tamaşaçılarına “Həzrəti Yusif” serialını təqdim edəcək.

 

Serial hər gün “İftardan öncə” proqramından sonra yayımlanacaq.

 

Verilişi və serialı izləyəcəyiniz ünvan: www.apa.tv

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2123
avatar

Oxşar yazılar