“Azərbaycan–Macarıstan mətbəxi" kitabının təqdimatı oldu
03 noyabr 2014 23:31 (UTC +04:00)

“Azərbaycan–Macarıstan mətbəxi" kitabının təqdimatı oldu

Lent.az-ın AzərTAca istinadən verdiyi xəbərə görə, kitabın təqdimatı ilə bağlı keçirilən mərasimdə Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdiyi bildirilib, Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində Macarıstanda da bir sıra layihələr reallaşdırdığı qeyd olunub, bu il bu ölkədə əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğu vurğulanıb.

 

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Səfir deyib ki, Azərbaycan və macar dillərində işıq üzü görən nəşrdə hər iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumatlar verilib. Azərbaycan mətbəxinə böyük sevgi ilə yanaşdığını deyən diplomat vurğulayıb ki, bu sevgi onu ölkəmizə daha çox bağlayıb. “Azərbaycanda Macarıstanı yaxşı tanıyırlar”, - deyən səfir qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafı çoxsaylı yüksək səviyyəli səfərlərlə bağlıdır. Diplomat deyib: “Azərbaycan-Macarıstan mətbəxi barədə ilk kitabı tərtib etmək mənim üçün çətin olmadı. Mən həm yeməyi, həm də bişirməyi xoşlayıram və həmçinin bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxini hədsiz dərəcədə sevirəm”.Səfir kitabın hazırlanmasında böyük dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Tədbirdə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qonaqlara macar mətbəxi nümunələrinin dadına baxmağı tövsiyə edib və bildirib ki, o özü də Azərbaycan mətbəxinin təamlarından dadacaq. Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən nazir bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr dinamik inkişaf edir. Ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri bağlayır, bir çox ortaq xüsusiyyətlərimiz var və bu, sevindirici haldır. Macarıstanlı nazir kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə töhfə kimi dəyərləndirib və vurğulayıb ki, yeni nəşri oxuyan hər bir kəs hər iki xalqı daha yaxından tanıyacaq və sevəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar