“54 gün mühasirədə” ingilis və rus dillərində
31 yanvar 2013 18:27 (UTC +04:00)

“54 gün mühasirədə” ingilis və rus dillərində

Azərbaycan torpaqlarının işğalından bəhs edən “54 gün mühasirədə” sənədli filmi ingilis və rus dillərinə tərcümə olunub. Lent.az-ın  məlumatına görə, filmin ingilis və rus dillərində olan versiyası xarici ölkələrin və beynəlxalq təşkilatların Bakıdakı səfirlik və nümayəndəliklərinə, Azərbaycanın xarici dövlətlərdəki səfirliklərinə və diaspor təşkilatlarına göndəriləcək.

 

Qeyd edək ki, film 1993-ci ildə ermənilərin Laçın rayonuna hücumu zamanı mühasirədə qalan 19 nəfərin başına gələn dəhşətli anlardan bəhs edir. Ekran əsərində, filmin baş qəhrəmanı “54 gün mühasirədə” kitabının müəllifi Əli Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər onların dilindən təqdim olunub. Filmdə 19 nəfər arasında yeganə qadın - Nübar Rzayevanın mühasirə zamanı üzləşdiyi dəhşətli anlardan bəhs edən fikirləri də, yer alıb. Bir ailənin timsalında millətin yaşadığı ağlasığmaz hadisələr, torpaqların itkisi ilə bərabər insanların aldığı psixoloji zərbələr də, filmdə yer alan əsas məqamlardır. 

Əli Əliyevin mühasirə zamanı cib kitabçasında etdiyi qeydlər, mühasirədən çıxandan sonrakı ilk günlərdə çəkilmiş fotoşəkillər, onunla birgə mühasirədə olmuş şəxslər haqqında məlumatlar, eləcə də erməni işğalı zamanı ailəsinin üzləşdikləri çətinliklərin lentə alındığı kadrlar da nümayiş olunub. Filmdə Əli Əliyevin həyat yoldaşı, bir qızı və 4 oğlunun da yaşadıqları çətin anlar öz dillərindən söylənilib. 

 

“54 gün mühasirədə”nin ssenari müəllifi və direktoru telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film Milli Məclisin deputatı Nazim Fərəcovun təşəbbüsü ilə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788

Oxşar yazılar