Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına yeni direktor təyin edilib. Keçmiş direktor İsrafil İsrafilovun yerinə teatrın baş rejissoru və bəddi rəhbəri Azərpaşa Nemət təyin edilib.
Lent.az-ın xəbərinə görə, bu təyinat teatr əməkdaşlarının da əhval-ruhiyyəsində dəyişiklik edib. Belə ki, teatrın bufetinə toplaşan aktyorlar çəkdikləri şəkilə maraqlı başlıq qoyublar: "Bufetimiz yenidən canlanır!".
Qeyd edək ki, "AzDrama" aktyorlarının bildirdiyinə görə, keçmiş direktor İsrafil İsrafilov aktyorların teatrın bufetində toplaşmasına mane olur, onların qrup halında bufetə getməsinə nəzarət edirmiş.
Xatırladaq ki, bir müddət əvvəl Milli Dram Teatrının başqa xalq və əməkdar artistləri olmaqla İ. İsrafilovun direktor vəzifəsinə yaramadığını bildirmişdilər. Aktyorlar onun teatrı idarə etmə bacarığına etiraz edirdilər. Onlar etirazlarını KİV vasitəsilə bildirməklə yanaşı, prezidentə məktub da ünvanlamışdılar.