Bakı Uşaq Teatrı müsabiqə elan edib. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqənin mövzusu korrupsiya ilə bağlıdır: “Teatr rüşvəti 5-8 yaşlı uşaqlara daha anlayışlı - qorxunc, fəlakətli, cəmiyyətin böyük bəlası, saxtakarlıq dəryası, səmimiyyətin qayçısı və sair kimi təqdim etməyə yardımçı olan uşaq pyeslərinin müsabiqəsini elan edir”.
Təqdimat pyes və ya qısaca olaraq ideya şəklində ola bilər. Ən yaxşı hesab edilən pyes və ya ideya Bakı Uşaq Teatrında səhnələşdirilib ideya müəllifinin adı ilə tamaşaya qoyulacaq. Əlavə olaraq mükafat 49.99 manat.
Müsabiqənin keçirilməsində məqsədlərdən biri də uşaqlar üçün yeni yazarların yetişdirilməsidir.
Yazarlar üçün yaş, mövzu, janr məhdudiyyəti qoyulmur. Müsabiqə fevral ayının sonuna qədər qüvvədədir.
Əlavə vasitələri: (055) 327-32-35