Rusiyanın xalq artisti Mixail Boyarski ölkəsinin yığmasının Avropa çempionatındakı çıxışıyla bağlı açıqlama verib.
Lent.az-ın “Sport-Ekspress” qəzetinə istinadən məlumatına görə, o, Rusiyanın Avropa çempionu olacağı təqdirdə, öz şlyapasını yeyəcəyini bildirib.
“2004-cü ildə heç kim Yunanıstan yığmasına inanmırdı. Hətta bir çoxu onlara gülürdü də. Amma onlar Avropa çempionu oldular. Əgər bizimkilər buna nail olsalar, söz verirəm, öz şlyapamı yeyəcəm”.