
Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi
Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi başlayıb-FOTO
Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi başlayıb.
Lent.az-ın məlumatına görə, mərasimdə Xalq artisti Gülyanaq Məmmədova, kaman ustası MirNazim Əsədullayev, Teyyub Aslanov, müğənni İntiqam Kərimov və başqaları iştirak edir.
Xatırladaq ki, müğənni Lənkəranın Liman qəsəbəsində dəfn ediləcək.
Qeyd edək ki, Y.Rzazadə ötən gün axşam saatlarında dünyasını dəyişib. Xalq artisti bir müddət Türkiyəyə müalicəyə getmişdi.
Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Onun sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna - aktyorluq fakültəsinə gətirib çıxarır. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur və 1973-ci ildə təhsilini qırmızı diplomla yekunlaşdırır.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.
Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qayınana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

Yalçın UĞUR
Oxşar yazılar

İşsizlər teatrı ələ keçirdilər
5 mart 2021 , 17:39
Ermənistan "Avroviziya-2021"də iştirak etməyəcək
5 mart 2021 , 15:08
"Qurdlar vadisi"nin rejissoru Qarabağdan film çəkəcək
4 mart 2021 , 16:38
Ancelina Coli Çerçilin çәkdiyi rәsmi görün neçəyə satdı?
3 mart 2021 , 17:29
Yazıçı Azər Abdulla koronavirusa yoluxdu
3 mart 2021 , 14:03
Tanınmış rus aktyoru niyə müsəlman oldu?
3 mart 2021 , 12:21
Əməkdar artist beyin insultu keçirib
3 mart 2021 , 09:51
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi
3 mart 2021 , 08:58