Xalq artisti Arif Quliyev dəfn edildi
07 may 2021 13:39 (UTC +04:00)

Xalq artisti Arif Quliyev dəfn edildi

Xalq artisti Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edildi -FOTOLENT-VİDEO-YENİLƏNİB

Xalq artisti Arif Quliyev dəfn edildi.

Lent.az dəfn mərasimindən çəkilən videonu təqdim edir:

Saat 13:16

Xalq artisti Arif Quliyevin dəfn mərasimi başlayıb.

Lent.az - ın məlumatına görə o,  "Qurd qapısı"ında dəfn edilir.

Xalq artistinin dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Xalq artisti koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin.

***

Saat 12:49

Xalq artisti Arif Quliyevlə təşkil edilən vida mərasimi başa çatdı.

Lent.az-ın məlumatına görə, mərhum Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, vida mərasimi aktyorun yaşadığı binanın həyətində təşkil edilmişdi.

***

Saat 11:30

Xalq artisti Arif Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Lent.az bildirir ki, bu barədə mərhumun qızı Günel Quliyeva məlumat verib. 

***

Saat 10:32

Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir.

Lent.az-ın məlumatına görə, mərasim mərhum sənətçinin evində bu dəqiqələrdə də davam edir.

A.Quliyevlə vidalaşmağa onun yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri qatılıb.  

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə olunurdu. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı. Həkimlərin səyinə baxmayaraq Xalq artisti ötən gecə dünyasını dəyişib. 

Arif Quliyevlə vida mərasimi

# 12936
avatar

Yalçın UĞUR

Oxşar yazılar