"Üç oğlunu da öz yanında görmək nə böyük xoşbəxtlikdir", - atamın son sözləri bu oldu.
Bunu Lent.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə deyib.
O, bildirib ki, atasının son arzusu övladlarını yanında görmək idi: "Atamın mədəsində problem vardı. Son bir ilə yaxın Türkiyədə müalicə olundu. Bu müalicəni cənab prezidentin, Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın dəstəyi ilə baş tutdu. Atamın son illərini bizə onlar bəxş etdilər. Ailəmiz adından onlara təşəkkürümüzü bildiririk".