Türkiyədə yaşayan, əslən azərbaycanlı aktrisa Sinem Ünsal alış-veriş mərkəzində jurnalistlərin bir neçə sualını cavablandırıb.
Lent.az azərbaycanlı izləyicilərə "Möcüzə doktor" serialından yaxşı tanış olan aktrisanın maraqlı açıqlamalarını təqdim edir.
Yaxın günlərdə hansı filmlərlə izləyici qarşısına çıxacağına dair sualı cavablandıran aktrisa “İncə ələyib, sıx toxuyuram. İş görən də yaxşı bir iş olsun istəyirəm. Ssenari, iş komandası, yaradıcı şirkət bütün bunların hamısına diqqət edirəm”, - deyən aktrisa hələlik heç bir filmə çəkilmədiyini bildirib.
Özü kimi aktyor olan sevgilsi Halit Özgür Sarıdan ayrıldığını söyləyən aktrisa dostluq münasibətlərinin davam etdiyini də bildirib.
“Dostluğumuzu zədələməmək üçün sevgi münasibətlərimizə son qoymalı olduq. Gözəl şeylər yaşadıq bitdi. Onu çox sevirəm. yenə də görüşürük. Bizim sahəmizdə sevgi münasibətlərini sona qədər qorumaq asan deyil”, - deyib.
Aktrisa heç bir zaman estetik əməliyyat etdirmədiyini, lakin buna qarşı olmadığını da söyləyib: “İnsan dəyişək varlıqdır. Hə şey edə bilər”.
O, müsahibə zamanı kişi aktyorların qadın aktyorlardan daha çox qonorar alması barədə danışaraq, giley-güzar edib.
“Ən əsəbləşdiyim mövzu budur. Bu tabunu qırıb, məhv edəcəyik. Önəmli olan istedaddır, oynadığın roldur. Bəs qadın- kişi bərabərliyindən danışırdılar. Bu bərabərliyi mədəniyyət sahəsində də tətbiq etməyib, nə zaman edəcəyik?”, - aktrisa vurğulayıb.