“Təşkilat” serialından görüntü
01 mart 2021 09:48 (UTC +04:00)

“Təşkilat” serialından görüntü

Türkiyə tarixində ilk kəşfiyyat serialı: “Təşkilat”

Türkiyə televiziya tarixində ilk dəfə Milli Kəşfiyyat Təşkilatının fövqəladə təcrübələri ssenariləşdirilərək real hadisə və qəhrəmanları ekrana gəlir.

“Təşkilat” serialının mövzusu nədir? Lent.az TRT-yə istinadən bildirir ki, Türkiyə dünyada get-gedə artan xarici kəşfiyyat xidmətlərinin əməliyyatlarına məruz qalır. Ölkənin paytaxtı Ankarada bir PUA (SİHA) fabrikinə terror hücumu olur. Xarici kəşfiyyat xidmətləri tərəfindən törədildiyi təsbit edilən hücumla əlaqədar Türkiyənin Milli Təhlükəsizlik Xidməti (MİT) içində gizli bir qrup yaradılır. Bu qrup ölkəsi üçün həyatlarından keçərək hücumların arxasında dayanan qüvvələri təsbit edəcək və onları fövqəladə üsullarla ortadan qaldıracaq.

  Türkiyə televiziya tarixində ilk dəfə Milli Kəşfiyyat Təşkilatının fövqəladə təcrübələri ssenariləşdirilərək real hadisə və qəhrəmanları ekrana gəlir.

  Çəkilişləri Ankarada başlayan “Təşkilat” serialında MİT-in pərdəarxası fəaliyyəti canlandırılacaq.

  7 martdan başlayaraq hər bazar axşamı Türkiyə saatı ilə 20.00-da yayımlanacaq serialda tamaşaçılar nəfəs kəsən kadrlarla qarşılacaqlar.

# 2496
avatar

Oxşar yazılar