Tünzalə Ağayeva "Şuşam mənim" - VİDEO
03 fevral 2021 16:54 (UTC +04:00)

Tünzalə Ağayeva "Şuşam mənim" - VİDEO

Xalq Artisti Tünzalə Ağayeva  “Şuşam mənim” adlı klipini təqdim edib. Lent.az-ın məlumatına görə, klip “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ekranlaşdırılıb. İfaçı bu dəfə yeni şərqisi ilə azad Şuşamızı tərənnüm edib.  “Şuşam mənim” klipində mədəniyyət paytaxtımızın mənfur düşmənimizdən azad edilməsi əməliyyatına həsr olunmuş və ayrıca səhnələşdirilmiş epizodlar da var.

Klipin ərsəyə gəlməsində təşkilati dəstək vermiş “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi Tünzalə Ağayevaya, klipin ssenari müəllifi Günel Anarqızına və rejissoru Ülviyyə Könülə, bütün yaradıcı heyətə layihəni yüksək peşəkarlıq, incə zövq və ustalıqla həyata keçirdiyinə görə təşəkkür edir.

Qeyd edək ki, bəstənin musiqisi T.Ağayevaya, sözləri isə böyük şairimiz Rəsul Rzaya məxsusdur.

# 3858
avatar

Oxşar yazılar