Məşhur cənubi afrikalı model və aktrisa Çarlbi Din Krik 32 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, Nyu-Yorkdakı xəstəxanada müalicə alan Krik qəfildən dünyasını dəyişib.
Hadisə ilə bağlı təfərrüatlar araşdırılır. Onun hansı xəstəlikdən vəfat etməsi isə hələlik məlum deyil.
Qeyd edək ki, 1990-cı ildə Cənubi Afrikanın paytaxtı Keyptaunda anadan olan Çarlbi Din model, aktrisa kimi çalışıb.
2010-cu ildə "Malek" filmində debüt edib. O, "Elementar", "Ölüm Yarışı 3", "Yatma", "Tanrı ilə müsahibə", "Qara ildırım", "Kədər üçbucağı" filmlərində də rol alıb.