Keçmiş hər zaman maraqlı olur. Sovet dövründə avtomat su köşklərini yaşlı nəsil yaxşı xatırlayır.
Mineral, qazlı su təklif edən möcüzəli köşk 1932-ci ildə Leninqradda kəşf edilmişdi. O vaxtdan da sovetlərdə geniş yayılmağa başlayıb.
Yayın dözülməz istilərində bir stəkan su üçün möcüzəli köşkün qarşısında uzun növbəyə dayananları çox görmək olardı. Su insan müdaxiləsi olmadan avtomat vasitəsilə satılırdı. 1 və ya 3 qəpiyə qazlı, sirop və bir də adi su ala bilərdiniz.
Azərbaycanda da şəhərlərin əksəriyyətində bu köşklərə rast gəlmək olardı.
SSRİ dağılandan sonra bu köşklər də tarixə çevrildi.
Lent.az-ın əməkdaşı bildirir ki, amma Sumqayıtda Sovet dövrünün yadigarı olan, insanlarda nostalji hislər oyadan avtomat su köşklərindən birinə rast gəlmək olar.
Su köşkü şəhərin 8-ci mikrorayon ərazisində 1972-ci ildə qoyulub. İnsanlar köşkə yaxınlaşaraq insan təması olmadan avtomata 1, yaxud 3 qəpik salaraq qazlı və ya rəngli şirə seçərək işə bilirdi. Hazırda yararsız vəziyyətdə olan avtomat su köşkü sovet dövrünün qalığına çevrilib.
Bu da bir tarixdir - "sovet yadigarı" olan atomat su köşkləri...
Ramil Zeynallı