Azərbaycan dilində də, türk dilində də “Su uyuyar, düşmən uyumaz” kimi bir atalar sözü var. Su ilə düşmənin nə əlaqəsi var? Bu məsəl necə yaranıb?
Lent.az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.
Araşdırmalara görə, bu məsəldə su yox, süy kəlməsi işlənir. Süy qədim türk dilində əsgər deməkdir. Yəni əsgər uyuyar, amma düşməni uyumaz. Bu məsəl əsgərləri diqqətli olmağa çağırır.
Bir çox tədqiqatçılar isə hesab edirlər ki, məsəldəki söz süy yox, elə su deməkdir. Anlamı isə belədir. Su kimi sürükən, axıcı, hərəkətli bir maddə belə uyusa da, düşmənlər daim oyaq qalır, buna görə də daim diqqətli olmaq lazımdır.