“Veda mektubu” serialının baş rol ifaçısı Selim Bayraktar Nişantaşında bir restorandan çıxarkən ayaqüstü jurnalistlərin suallarını cavablandırıb.
Lent.azı-ın xəbərinə görə, aktyor serial çəkilişlərinin maraqlı şəkildə davam etdiyini, kollektivin çox mehriban olduğunu bildirib.
“Filmdə olduğu kimi, real həyatda da 30 il sonra sevgilinizlə qarşılaşsanız nə edərdiniz?” sualına aktyor belə cavab verib.
“Bir insanı 30 il unuda bilmirsənsə, onunla mütləq yenidən qarşılaşacaqsınız. Onu tapacaqsınız. Buna inanıram”.