Səfurə İbrahimova dəfn edildi
22 dekabr 2020 15:29 (UTC +04:00)

Səfurə İbrahimova dəfn edildi

Xalq artisti Səfurə İbrahimova dəfn edilib. 

APA-nın məlumatına görə, o, “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Səfurə İbrahimova dünən axşam saatlarında vəfat edib.

Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub.

Səfurə İbrahimova “Sevil”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi”, “Dərviş Parisi partladır”, “Qaynana” və başqa filmlərdə yaratdığı bənzərsiz rolları ilə yaddaşlarda qalıb.

Allah rəhmət eləsin!

# 5205
avatar

Oxşar yazılar