Dünya şöhrətli müğənni Şakira bildirib ki, paparazzilər ona dinclik vermədikləri üçün Barselonadan köçəcək. Onun fikrincə, paparazzilər oğullarına rahatlıq vermirlər.
Lent.az-ın xəbərinə görə, müğənni bu barədə öz "Instagram" səhifəsində yazıb.
“Milan və Saşa üçün ağır il oldu. Onlar ömürlərinin yeni mərhələsinə qədəm qoyurlar. Xahiş edirəm, özəl həyatın toxunulmazlığı prinsipinə əməl edib, bizi rahat buraxasınız”
Şakira futolçu Pikedən ayrıldıqdan sonra çətin günlər yaşadıqlarını bildirib.