76-cı Kann Kinofestivalı rəngarəng görüntüləri, maraqlı məqamları ilə davam edir.
Dünən festivalda Hollivud ulduzu Judi Launun iştirakı ilə çəkilən “Firebrand” filmi böyük alqışlarla qarşılanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, baş rolun ifaçısı Ludi Lau rolu üçün qan, tər və nəcis qoxuyan ətirdən istifadə etdiyini deyib.
O, filmdə Kral VIII Henri rolunu canlandırıb. 50 yaşlı Hollivud ulduzu bildirib ki, rolu araşdırarkən Kral VIII Henrinin çox pis iyləndiyinə, qoxusunun hətta 3 otaq uzaqda olsa belə, hiss olunduğuna dair tarixi məlumat oxuyub.
“İnandırıcı olması üçün belə bir ətrin hazırlanmasını tanıdığım bir ətriyyatçıya sifariş etdim. Qan, tər və nəcisdən ətir hazırlandı. Onu bilirəm ki, film çəkilərkən komanda mənim qoxuma görə cəhənnəm əzabı yaşayıb. Amma bu ətir olmasaydı, heç də inandırıcı olmayacaqdı. Onlar hər dəfə məni görəndə üzləri əyilir, burunlarını tuturdular”, - aktyor bildirib.
Filmin rejissoru da onun dediklərini təsdiq edərək bildirib: “Judi həddən artıq qorxunc iy verirdi, sanki iylənmiş meyit idi".
Lakin aktyorun əziyyət çəkməsinə dəyərmiş. Tamaşaçılar onun filmini düz 8 dəqiqə ayaq üstə alqışlayıblar.