Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) dəfn edilib.
Lent.az xəbər verir ki, o, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
***
12:00
Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla (Rəmiş) vida mərasimi başlayıb.
Lent.az xəbər verir ki, vida mərasimində Xalq artisti Mənsum İbrahimov, Kübra Əliyeva, Əməkdar artistlər Təyyar Bayramov, Rəhman Məmmədli, xanəndə Firuz Səxavət iştirak ediblər.
Mərhum Yasamal ("Qurd qapısı") qəbiristanlığında dəfn ediləcək. .
Xatırladaq ki , R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. Həkimlər onun koronavirusdan vəfat etdiyini bildirib.
Qeyd edək ki, Rəmiş 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.
Xalq artisti Rafiq (Rəmiş) Hüseynov 1 saylı Kliniki Mərkəzdən son mənzilə yola salınır.