Xalq artisti Ramiz Məlikin vəziyyəti ağırdır.
Bu barədə Lent.az-a aktyorun qızı məlumat verib.
O bildirib ki, atası telefonla danışa bilmir, özünü pis hiss edir. Aktyor artıq xəstəxanadan evə gətirilib. Onun xəstəliyinin nə olması barədə ailəsi məlumat vermək istəməsə də, bildirilib ki, hələlik aktyorla Mədəniyyət Nazirliyindən maraqlanan olmayıb.
“İşlədiyi teatrdan zəng edib halını soruşdular. Başqa heç kim maraqlanmayıb”,- deyə qızı bildirib.