Qarabağ Yazıçılar Birliyinin sədri vəfat edib.
Lent.az xəbər verir ki, şair Ənvər Əhməd 79 yaşında dünyasını dəyişib. 1991-ci ildən Qarabağ Yazıçılar Birliyinin sədri idi.
Onun “Dağ və mən” adlı ilk şeiri 1962-ci ildə “Ağcabədi pambıqçısı” qəzetində dərc olunub. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi, “Sürət” (indiki “Aran”) qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri, Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi işləyib.
Bundan başqa o, Nəsrəddin Tusi adına Pedaqoji universitetin Şuşa filialının və Müəllimlər Ağcabədi filialının direktoru olub.