Qadınların   oynadığı filmlər  qadağan edildi
22 noyabr 2021 09:57 (UTC +04:00)

Qadınların oynadığı filmlər qadağan edildi

Əfqanıstanda “Taliban” hökuməti qadınların televiziyada çıxışı ilə bağlı yeni qərarlar qəbul edib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq qadın aktrisaların çıxış etdiyi filmlər və seriallar göstərilməyəcək.

Bundan başqa, qadın jurnalistlər və aparıcılar kamera qarşısına ancaq hicabla çıxa biləcəklər.

“Taliban” həmçinin “xarici mədəni dəyərləri” təbliğ edən xarici filmlərin nümayişinə qarşı da sərt qaydalar qəbul edib.

# 2445
avatar

Sevinc Fərid

Oxşar yazılar