Podiumlarda gördüyümüz ən bahalı paltar - 30 milyon dollar
05 mart 2023 13:52 (UTC +04:00)

Podiumlarda gördüyümüz ən bahalı paltar - 30 milyon dollar

Məşhur xanımlar və Hollivud ulduzları böyük tədbirlərə qatılarkən mütləq brend markaların xüsusi sifarişlə tikilmiş libaslarına üstünlük verirlər. Bəs görəsən bu günə qədər mövcud olmuş ən bahalı qadın libası hansıdır?

Lent.az bu barədə məlumat verir.

Malaziyalı Fayazali Abdullanın şedevri sayılan “Kuala Lumpur bülbülü” adlı əlbisə podiumda 2009-cu ildə təqdim edilib.

Burqund şərabı rəngində olan libas ipək və taftadan hazırlanmışdı. Damla formasında hazırlanmış 70 karatlıq  brilliantl libasa xüsusi əzəmət verirdi. Libasın ağır və uzun şleyfi, yaxası brilliant və digər qiymətli daşlarla bəzədilmişdi.

Libasın hazırlanmasına düz 30 milyon dollar xərc çəkildi. Manikenlər onu düzgün  daşıya bilmək üçün  aylarla  məşq etdilər. Çünki bu gözəl əlbisənin ağırlığı düz 17 kiloya bərabər idi.  Onun kim tərəfindən alınması isə sirrdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar