“Pişiyin 9 canı var” ifadəsi doğrudur? - Belə Yaranıb
23 mart 2023 15:06 (UTC +04:00)

“Pişiyin 9 canı var” ifadəsi doğrudur? - Belə Yaranıb

“Pişiyin 9 canı var” ifadəsi həqiqətdi yoxsa əfsanə? Bu deyim necə yaranıb?

Lent.az bu barədə “Belə yaranıb” rubrikasında məlumat verir.

Bir versiyaya görə, “Pişiyin 9 canı var” ifadəsi ingilis atalar sözündən qaynaqlanıb. Atalar sözündə deyilir: “ Pişiyin 9 canı var. 3 canı ilə oynayır, 3 canı ilə gəzir - avaralanır, 3 canı ilə sürünür”. Əslində bu atalar sözü pişiyin həyat yolunu təsvir edir.

Digər versiyaya əsasən, bu qədim misirlilərin pişiyə sitayişi ilə bağlıdır.

Günəş tanrısı Atum Ra pişik obrazına girir. Atum Ra pişik görünüşündə 9 tanrını aldada bilir, onların hamısı ilə döyüşərək məğlub edir. O zamandan misirlilər digər tanrıların ömür və güclərinin pişiyə keçdiyinə inanırlar.

Sonrakı illərdə insanlar əfsanələrlə reallıqları qarışıq salıblar və bu ifadə dildən – dilə keçərək, pişiklərin sirli gücləri olmasına inam yaradıb.

Ərəblər pişiyin 6, italyanlar 7 canı olmasına inanırlar.

# 3177
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar