“Oskar” mükafatı almış məşhur aktyor itkin düşdü
19 yanvar 2023 11:44 (UTC +04:00)

“Oskar” mükafatı almış məşhur aktyor itkin düşdü

Bir həftə öncə Kaliforniyada haqqında “itkin düşdü” xəbəri  çıxan və axtarışa verilmiş kişinin əslində məşhur Hollivud aktyoru, “Oskar” mükafatı almış Julian Sands olduğu  üzə çıxıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  65 yaşlı aktyor Cənubi Kaliforniya dağlarında gəzərkən yoxa çıxıb.

Artıq axtarışlar bir həftədir davam etsə də, hələlik nəticə əldə edilməyib. Aktyorun dağa səyahətə getdikdən sonra havanın kəskin dəyişdiyi, təhlükəli vəziyyət yarandığı bildirilir.

Həmin ərazidən iki turistin meyiti tapıldıqdan sonra yaxınları Sandsın sağ qaldığına ümidlərini itirilər.

# 1515
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar