Nizaminin "Xəmsə"si Ədəbiyyat Muzeyinin fasadında canlandırıldı - FOTOLENT
14 oktyabr 2021 20:55 (UTC +04:00)

Nizaminin "Xəmsə"si Ədəbiyyat Muzeyinin fasadında canlandırıldı - FOTOLENT

Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı 3D mapping” təqdimatı keçirilib.

APA xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılıb.

Jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvinin Azərbaycan mədəniyyətində tutduğu yerdən danışıb. Nizami Gəncəvi ili çərçivəsində həyata keçirilən tədbirlərin davam edəcəyini bildirib.

"Bu il Prezident İlham Əliyev tərəfindən Nizami Gəncəvinin yubileyi ilə bağlı Nizami ili elan olunub. Biz bu il çərçivəsində bir çox tədbirlər keçirmişik. Bugünkü tədbir də məhz onun yubileyinə həsr olunub. Festival üç gün davam edəcək. Azərbaycan ictimaiyyətini hər axşam saat səkkizdə burada toplaşmağa dəvət edirik", - deyə nazir bildirib.

Qeyd edək ki, 3D audiovizual proyeksiya formatında baş tutan festival 4 gün davam edəcək. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.

Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə Nizami Gəncəvi ili çərçivəsində həyata keçirilir.

# 1908
avatar

Oxşar yazılar